AZ

Bakıda III Təhsil Menecerləri Forumu KEÇİRİLƏCƏK

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçiriləcək. Bizim.Media xəbər verir ki, Təhsildə innovasiya, rəqəmsallaşma və effektiv idarəetmə modellərinin əsas istiqamət kimi götürüldüyü forum təhsil sahəsinin liderlərini bir araya gətirərək yerli və xarici ekspertlərin ən aktual trendlər, innovativ yanaşmalar, tətbiq edilə bilən həllər barədə çıxışlarının təqdim edəcəyi böyük platformadır.  “Gələcəyin təhsil modelini birlikdə formalaşdıraq” devizi ilə keçiriləcək forumda spikerlər  “Alfa nəslinin təlim-tərbiyəsində yeni yanaşmalar”, “Qiymətləndirmə nəticələrinin real tədris dəyişikliklərinə təsiri və məktəb rəhbərlərinin rolu”, “Təhsil dairəsi nəzəriyyəsi -  texnologiyanın HR sahəsində tətbiqi və təhsil menecerlərinə təsiri”, “Müasir məktəb idarəçiliyi və innovativ model yanaşmaları”, “Təhsildə maliyyə dayanıqlılığı və büdcənin effektiv idarə olunması”, “Süni intellekt dövründə təhsil: imkanlar və gələcək perspektivlər” kimi aktual mövzularda çıxış edəcəklər.  

 

Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil ediləcək. Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən müasir texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradacaq.

Məlumat üçün bildirək ki, "Bizim.Media" informasiya portalı forumun media tərəfdaşıdır.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
7
bizim.media

8Mənbələr