Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Günün digər oyunu “Zirə” ilə “İmişli” arasında baş tutacaq. Bu görüşü Cavid Cəlilov idarə edəcək.
Daha öncə “Kəpəz” “Turan Tovuz”a 0:2 hesabıyla uduzub. “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” oyunları sabah, “Sumqayıt” – “Sabah” görüşü isə 22 dekabrda keçiriləcək.