Misli Premyer Liqasında 16-cı tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.
Öncə “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.
Günün digər matçında “Zirə” “İmişli”ni sınağa çəkəcək. Bu görüşü Cavid Cəlilov idarə edəcək.
Daha öncə “Kəpəz” “Turan Tovuz”a 0:2 hesabıyla uduzub. “Qəbələ” - “Qarabağ” və “Araz-Naxçıvan” - “Şamaxı” oyunları sabah, “Sumqayıt” - “Sabah” görüşü isə 22 dekabrda baş tutacaq.
Misli Premyer Liqası
16-cı tur
20 dekabr
“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Yevlax şəhər stadionu, 14:00.
“Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.