AZ

Ukrayna hərbçiləri Rusiyanın iki "Su-27" qırıcısını vurub

Ukrayna Təhlükəsizlik Xidməti Krımdakı Belbek hərbi aerodromunda Rusiyaya məxsus iki "Su-27" qırıcısını vurub.Bu barədə Ukrayna mediası xəbər verir.

Məlumata görə, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub.

Ukrayna Təhlükəsizlik Xidməti, həmçinin aerodromun dispetçer qülləsinin vurulduğunu təsdiqləyib. Bildirilib ki, bu, aerodromda uçuşların təşkilini çətinləşdirir.

Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.

Seçilən
43
11
anews.az

10Mənbələr