Krımda Belbek aerodromunda Rusiyanın iki Su-27 təyyarəsi vurulub.
"Cebheinfo.az" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib. Bu avadanlıqlar iki Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi olub", - deyə məlumatda qeyd olunub. (Report)
"Cebheinfo.az"