Azərbaycan sosial şəbəkələrində maraqlı və gülüş doğuran bir video gündəm olub.
Milli.Az xəbər verir ki, anasının qoluna döymə (tatu) etdirib evə gələn qızın qarşılaşdığı reaksiya geniş müzakirələrə səbəb olub.
Kadrlarda ananın qızının qolundakı döyməni görən kimi təəccübləndiyi, hətta gözlərinə inanmadığı əks olunub. Qadın dərhal qızından hamam otağına keçməsini istəyib və döymənin yuyularaq silinməsində israr edib. Ananın "tez get yu, silinsin" tələbi videoya baxanları həm güldürüb, həm də düşündürüb.
Sözügedən görüntülər qısa zamanda minlərlə baxış toplayıb. İstifadəçilərin bir qismi ananın reaksiyasını səmimi və gülməli hesab etsə də, digərləri valideyn-övlad münasibətlərində fərqli baxış bucaqlarının olduğunu vurğulayıb. Bəzi şərhlərdə döymələrin artıq gənclər arasında adi hal aldığı qeyd olunub, digərləri isə valideynlərin ənənəvi düşüncəsinin hələ də güclü olduğunu bildirib.
Video bir daha cəmiyyətdə nəsillərarası fərqləri, şəxsi seçimlər və ailə münasibətləri mövzusunu gündəmə gətirib.
Musa
Milli.Az