Türkiyənin məşhur sənətçisi Bülent Ersoy özü üçün xüsusi məzar hazırlatdırıb.
Bülent Ersoya aid olduğu deyilən bu məzarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Video qısa zamanda böyük marağa səbəb olub və istifadəçilər arasında geniş müzakirələr yaradıb. Bəziləri sənətçinin bu addımını fərqli və qeyri-adi hesab etsə də, digərləri bunu onun həyata və ölümə özünəməxsus baxışının göstəricisi kimi dəyərləndirib.
Qeyd edək ki, Bülent Ersoy tez-tez fərqli açıqlamaları ilə gündəmə gəlir.