Dekabrın 19-da Rusiya ordusu Odessa bölgəsindəki liman infrastrukturuna ballistik raket zərbəsi endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
“Zərbə nəticəsində dayanacaqdakı yük maşınları yanıb. İlkin məlumata görə, təəssüf ki, 7 nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərirlər”, – deyə rəsmi bildirib.
***
Odessa vilayətində yerləşən liman infrastrukturuna hücum zamanı ölənlərin sayı 8 nəfərə çatıb.
Bu barədə UNIAN Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində daha 27 nəfər yaralanıb.