AZ

Odessaya ballistik raket zərbəsi: 7 ölü, 15 yaralı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Dekabrın 19-da Rusiya ordusu Odessa bölgəsindəki liman infrastrukturuna ballistik raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

"Zərbə nəticəsində dayanacaqdakı yük maşınları yanıb. İlkin məlumata görə, təəssüf ki, 7 nəfər həlak olub. Daha 15 nəfər yaralanıb, xəstəxanaya yerləşdiriliblər. Həkimlər zərərçəkənlərə bütün lazımi yardımı göstərirlər", - deyə rəsmi bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
98
1
axar.az

10Mənbələr