AZ

Azərbaycanlı balıqçının meyiti İran ərazisində tapıldı

Sitat.info saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.

Sitat.info xəbər verir ki, , 1997-ci il təvəllüdlü balıqçının meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
10
sitat.info

10Mənbələr