AZ

İkinci balıqçının meyiti İran ərazisində TAPILDI

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən balıqçı Turan Həsənovun meyiti İran ərazisində tapılıb.

Hafta.az-ın cənub bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü balıqçının meyiti Xəzər dənizinin İran tərəfinə düşən hissəsində aşkarlanıb.

Hazırda meyitin Azərbaycan tərəfinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında daha bir balıqçının - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.

Seçilən
64
10
hafta.az

10Mənbələr