AZ

Azər Bağırov: “Turan Tovuz”la oyunda planlarımız alınmadı” – ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə Gəncə təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İstədiklərimiz meydançada alınmadı. Meydanda kimin olması önəmli deyil. Elə oyunlar olur ki, nə qədər güc itirirsən, amma rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, bir neçə gün ərzində danışdıqlarımız, planlaşdırdıqlarımız bu gün alınmadı. Bu, təbii haldır. Bir neçə oyundan bir belə matçlar olur. İstəməzdik bu gün belə olsun. Amma məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm.

Rəqib futbolçuların tez-tez vaxt öldürməyə çalışmasının nəinki komandamıza, hətta məşqçilər heyətimizə də psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Çox vaxt bunda məqsəd vaxt aparmaqdır”.

Seçilən
6
8
arena.az

10Mənbələr