
Onun sözlərinə görə, 2026-cı ilin mart ayında Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən moğul növü üzrə Dünya Kubokunun final mərhələsi baş tutacaq:
-1766131879.jpg)
"Yarış dünya üzrə ən azı 10 telekanalda canlı yayımlanacaq. Həmin dövrdə Şahdağa 2000-ə yaxın qonağın gələcəyi gözlənilir. Bu yarışın daha da yaddaqalan hala gətirilməsi üçün əlavə əyləncəli tədbirlər təşkil olunacaq".

Sədr vurğulayıb ki, qarşıdakı qış mövsümündə xizək üzrə Avropa çempionatı, 2027-ci ildə isə dünya çempionatı məhz Şahdağda keçiriləcək:
"Şahdağın infrastrukturu və imkanları beynəlxalq federasiyalar tərəfindən bu yarışların keçirilməsi üçün tamamilə uyğun sayılıb".
AzVision.az