AZ

Rüstəm Nəcəfov: "Şahdağda dünya çempinoatı keçiriləcək"

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda məlumat verib. Onun sözlərinə görə, 2026-cı ilin mart ayında Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən moğul növü üzrə Dünya Kubokunun final mərhələsi baş tutacaq:

"Yarış dünya üzrə ən azı 10 telekanalda canlı yayımlanacaq. Həmin dövrdə Şahdağa 2000-ə yaxın qonağın gələcəyi gözlənilir. Bu yarışın daha da yaddaqalan hala gətirilməsi üçün əlavə əyləncəli tədbirlər təşkil olunacaq".

Sədr vurğulayıb ki, qarşıdakı qış mövsümündə xizək üzrə Avropa çempionatı, 2027-ci ildə isə dünya çempionatı məhz Şahdağda keçiriləcək:

"Şahdağın infrastrukturu və imkanları beynəlxalq federasiyalar tərəfindən bu yarışların keçirilməsi üçün tamamilə uyğun sayılıb".

AzVision.az
Seçilən
126
3
azvision.az

4Mənbələr