AZ

“Siyəzən Broyler”ə məxsus avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq “Siyəzən Broyler”ə məxsus yük maşınına çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı müxtəlif bədən xəsarərləri alan bir nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
50
2
avtosfer.az

5Mənbələr