AZ

“Siyəzən Broyler”ə məxsus avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - FOTOLAR

BAKI, 19 dekabr. TELEQRAF

MİNGƏÇEVİR, 19 dekabr. TELEQRAF

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə N.Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq “Siyəzən Broyler”ə məxsus yük maşınına çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı müxtəlif bədən xəsarərləri alan bir nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
86
2
teleqraf.com

5Mənbələr