AZ

Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirilir

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin 11-17 dekabr tarixlərində aparılan monitorinqlər zamanı 148 sahibkarlıq subyektində 9347 məhsula baxış keçirilib.

Yoxlama zamanı 40 obyektdə qutuların qablaşma, məhsulların son istifadə tarixi barədə məlumatlarının qeyd edilmədiyi, markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı aşkarlanıb.

Uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb. Nəzarət tədbirləri davam etdirilir.

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
5
cebheinfo.az

10Mənbələr