Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ticarət şəbəkələrində satılan Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirib.
Bu barədə “Yeni Sabah”a AQTA-dan məlumat daxil olub.
Məlumatda qeyd edilib:
“Cari ilin 11–17 dekabr tarixlərində aparılan yoxlamalar zamanı 148 sahibkarlıq subyektində satışa çıxarılan 9347 məhsula baxış keçirilib. Monitorinqlər zamanı 40 ticarət obyektində hədiyyə qutularının üzərində qablaşma və məhsulların son istifadə tarixi barədə məlumatların qeyd edilmədiyi, eləcə də markalanmanın mövcud olmadığı və ya düzgün aparılmadığı müəyyən edilib. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 1299 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb”.
Aytac Əliyeva
Telegram kanalımız