AZ

Tibb müəssisələrinə işə qəbul VSİS üzərindən həyata keçirilir » AzadMedia.az


Tibb müəssisələrinə tibb və qeyri-tibb işçilərinin işə qəbulu qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq müəssisələr tərəfindən aparılır.

Azadmedia.az-ın TƏBİB-də keçirilən “2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planlar” mövzusunda brifinqdən verdiyi məlumata görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli qərarına əsasən, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə həyata keçirilir.

V.Qurbanov əlavə edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan poliklinikalara işə qəbul prosesi TƏBİB tərəfindən bütün vəzifələr üzrə yalnız açıq elanlar əsasında aparılır. Hesabat dövründə bu müəssisələrə ümumilikdə 321 həkim və 225 orta tibb işçisi işə qəbul edilib.

Seçilən
35
4
azadmedia.az

5Mənbələr