AZ

Tibb işçilərinin işə qəbulu necə həyata keçirilir? -AÇIQLAMA 

“Tibb müəssisələrinə tibb və qeyri-tibb işçilərinin işə qəbulu həmin müəssisələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılır”.
 
Redaktor.az
xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə qeyd etdi. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli qərarı ilə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə həyata keçirilir.

V.Qurbanov əlavə edib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Bakı Baş Səhiyyə Mərkəzinin poliklinikalarına işə qəbul prosesi isə TƏBİB tərəfindən bütün vəzifələr üzrə yalnız açıq elanlar əsasında həyata keçirilir. Hesabat dövründə bu müəssisələrə ümumilikdə, 321 həkim, 225 orta tibb işçisi işə qəbul olunub.

Nuriyyə NATİQQIZI

Seçilən
41
4
redaktor.az

5Mənbələr