Bakı. Trend:
Mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə cəzalarsərtləşdiriləcək.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan daşınar və yadaşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ("xeylimiqdar" dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür)ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanıniki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhvetmə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üçmislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığınməhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhvetmə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beşmislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətəazadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər təkrar törədildikdə, vəzifəlişəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklətörədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstəvə ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, milli,irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdəüç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dördildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.
"Dövlət tərəfindən qorunan mədəni sərvətlər" dedikdə "Mədəniyyəthaqqında" Qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizəsiyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıyadaxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtinaedilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqındaqərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.
Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.