Yazını böyüt
Yazını kiçilt
Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hafta.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən yanğın nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yandığı bildirilib.
Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.