AZ

Novxanıda restoranda baş verən yanğın söndürülüb

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2 min kvadratmetr olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Seçilən
61
6
ikisahil.az

10Mənbələr