QırğızRespublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətlisəfiri cənabMaksatMamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərəgedib.
Bu barədəTurkustan.az-a QırğızRespublikasının Azərbaycan RespublikasındakıSəfirliyindən məlumat daxil olub.

Səfər çərçivəsindəAğdam rayonundayerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbindəQırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzininbirgə tədbirinin keçirilməsi nəzərdə tutulur.
19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,QırğızRespublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətlisəfiri cənabMaksatMamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktorucənabYılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab VaqifHəsənov və digərşəxslər iştirak edəcəklər.

QırğızRespublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin vəTürk Ticarət Mərkəzininbirgə həyata keçirdiyitədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri iləgörüşnəzərdə tutulur.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə ideyası olan bu tədbirin təşkil olunmasında məqsəd ölkələr arasındakı tarixiqardaşlıq bağlarını daha da möhkəmləndirmək,ölkə liderlərinin yürütdüklərisiyasətə dəstək vermək və işğaldan azad olunmuş ərazilərə,öz doğma yurdlarına qayıtmış Azərbaycan vətəndaşları ilə birgə olduqlarınınümayiş etdirməkdir.

Cənab səfirin işğaldan azad olunmuş Qarabağ torpaqlarına heç bir xüsusi mühafizə qorumasıolmadan getməsi və insanlarla səmimi görüşü diqqəti cəlb edib.O,Ağdamın Kəngərli kəndindəsakinlərləbirgənahar edib,çay süfrəsində səmimi hisslərini bölüşüb.
Hər zaman Azərbaycan xalqına qardaş mövqeyində dayanan Qırğızıstan Respublikasının səfiri Ağdam rayonu,Əlimədədli kənd şəhidlərinin ruhuna dualar oxuyub və onlar haqqında məlumatlar əldə edib.