AZ

Qırğızıstanlı səfiri Ağdamda: Bulaqdan su içdi, şəhidlərin ruhuna dualar oxudu

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfərə gedib.

Publika.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat daxil olub.

Səfər çərçivəsində Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.

19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov,Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru cənab Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov və digər şəxslər iştirak edəcəklər.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Türk Ticarət Mərkəzinin birgə həyata keçirdiyi tədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri ilə görüş nəzərdə tutulur.

Seçilən
40
5
publika.az

5Mənbələr