AZ

“Barselona” baş məşqçisi ilə müqaviləni uzadır

İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqaviləni uzatmaq niyyətindədir.

AZƏRTAC “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 60 yaşlı mütəxəssisin 2028-ci ilədək komandada qalmasını istəyir. Almaniyalı çalışdırıcının Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi gələn ilin sonuna kimidir.

Xatırladaq ki, Hans-Diter Flik ötən ilin mayından “Barselona”ya rəhbərlik edir. La Liqa klubu onun rəhbərliyi altında ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Seçilən
62
3
yeniazerbaycan.com

4Mənbələr