İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqaviləni uzatmaq niyyətindədir.
Apasport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 60 yaşlı mütəxəssisin 2028-ci ilədək komandada qalmasını istəyir. Almaniyalı çalışdırıcının Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi gələn ilin sonuna kimidir.
Xatırladaq ki, Hans-Diter Flik ötən ilin mayından “Barselona”ya rəhbərlik edir. La Liqa klubu onun rəhbərliyi altında ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.
Kenan Yıldıza 5 illik təklif
İkardi İtaliya klublarının radarına düşüb
Konfrans Liqası: VI turun oyunları keçiriləcək - YENİLƏNİR
Ançelottinin oğlu işsiz qalıb
“Qarabağ” “Sabah”ın qonağı olacaq - YENİLƏNİR