AZ

Müştəri sifarişdən imtina edən taksi sürücüsünü döydü

Sumqayıtda “Yeni Həyat” şadlıq sarayının qarşısında dayanan taksi sürücüsü toydan çıxan sərxoş kişi tərəfindən döyülüb. Avtosfer.az-ın "Teleqraf"a istinadən məlumatına görə, buna səbəb taksi sürücüsü Məmməd Qurbanovun müştəri kimi müraciət edən Sadiq Turabovun (ad-soyadlar şərtidir) sifarişindən imtina etməsi olub. Belə ki, Sadiq taksi sürücüsünə onu Sahil qəsəbəsinə aparmasını istəyib. Lakin müştərinin sərxoş olduğunu görən sürücü bundan imtina edib. Bundan sonra Sadiq Turabov 1997-ci il təvəllüdlü Məmmədə yumruq zərbəsi endirib, nəticədə sürücünün burnu qırılıb.

İş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

Seçilən
26
4
avtosfer.az

5Mənbələr