AZ

Müştəri sifarişdən imtina edən taksi sürücüsünü döydü

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda “Yeni Həyat” şadlıq sarayının qarşısında dayanan taksi sürücüsü toydan çıxan sərxoş kişi tərəfindən döyülüb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb taksi sürücüsü Məmməd Qurbanovun müştəri kimi müraciət edən Sadiq Turabovun (ad-soyadlar şərtidir) sifarişindən imtina etməsi olub.

Belə ki, Sadiq taksi sürücüsünə onu Sahil qəsəbəsinə aparmasını istəyib. Lakin müştərinin sərxoş olduğunu görüən sürücü bundan imtina edib. Bundan sonra Sadiq Turabov 1997-ci il təvəllüdlü Məmmədə yumruq zərbəsi endirib, nəticədə sürücünün burnu qırılıb.

İş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
www.bakupost.az

5Mənbələr