AZ

Dünya ulduzu “Qalatasaray”da oynamaq istəyir -

"Atletiko Madrid"in futbolçusu Antuan Qrizmann “Qalatasaray”a təklif olunub. Metbuat.az xəbər verir ki, Qrizmannın agenti “Qalatasaray”la əlaqə saxlayaraq, futbolçunun karyerasını Türkiyədə davam etdirə biləcəyini nəzərdən keçirib. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Qrizmanna Səudiyyə Ərəbistanı, MLS və Türkiyədən təkliflər olsa da, futbolçunun agenti ulduz oyunçunu “Qalatasaray” təklif edib. Bildirilir ki, bu mövsüm İspaniya klubunda ehtiyatda qalan futbolçunun müntəzəm oyun vaxtı əldə edəcəyi komandaya transfer olmaq istədiyi iddia edilir.

Qeyd edək ki, bu mövsüm "Atletiko Madrid"də 24 oyunda iştirak edən Qrizmann 8 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib. Fransız ulduzun transfer dəyəri 11 milyon avro olaraq qeyd olunur.

Seçilən
42
2
metbuat.az

10Mənbələr