Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Fənərbaxça” “Aston Villa”nın futbolçusu Ceydon Sançonun xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi mövsümün fasiləsində futbolçunu transfer etmək istəyir. “Sabah” qəzetinin məlumatına görə, futbolçu müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur və icarə əsasında “Aston Villa”da çıxış edir. Bildirilir ki, futbolçunun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda yekunlaşır. Buna görə də, “Fənərbaxça” onu aşağı qiymətə transfer edə bilər.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində icarə əsasında “Aston Villa”ya transfer olub. “Aston Villa”da 13 matçda iştirak edən futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.