Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər mitinqi zamanı toqquşmalar başlayıb.
KONKRET.az Ermənistan mediasına istinadən xəbər verir ki, saxlanılanlar var.
***17:50
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirir.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.
Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.
Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.