Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını tələb edənlər eyni anda mitinq keçirir.
APA “Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, katolikosun vəzifədən uzaqlaşdırılmasını tələb edənlərlə onu dəstəkləyənləri polis səddi ayırır.
Hər iki tərəf qarşılıqlı olaraq şüarlar səsləndirir.
Ərazidə hökumət nümayəndələri, parlamentin “Hayastan” fraksiyasının deputatları da var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.