Qərb ölkələrinin hərbi kontingentlərinin Ukrayna ərazisində istənilən formatda yerləşdirilməsi Moskva üçün qətiyyən qəbuledilməzdir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, belə hərbi birliklər Rusiya ordusu üçün “legitim hədəf” sayılacaq.
Zaxarova vurğulayıb ki, Qərb qoşunlarının Ukrayna torpaqlarında istənilən ad altında və istənilən formada yerləşdirilməsi Rusiya üçün dəyişməz şəkildə qəbuledilməz olaraq qalır. O qeyd edib ki, Moskva bu cür guya “sülhməramlı” missiyaların Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən legitim hədəf kimi qiymətləndiriləcəyini dəfələrlə açıq şəkildə bəyan edib.
Ağagül Mürsəlov,
KONKRET.az