AZ

Zaxarova: “Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir”

“Qərb ölkələrinin hərbi birliklərinin Ukrayna ərazisinə istənilən formatda yerləşdirilməsi Moskva üçün “qəti şəkildə qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, belə birliklər Rusiya ordusu üçün “legitim hədəf” hesab olunacaq.

Zaxarova vurğulayıb ki, Qərb qoşunlarının Ukrayna torpaqlarında istənilən ad altında, istənilən formada yerləşdirilməsi Rusiya üçün qəbuledilməz olaraq qalır. O, bu cür guya “sülhməramlı” birliklərin Rusiya Federasiyası Silahlı Qüvvələri üçün legitim hədəfə çevriləcəyini dəfələrlə bəyan etdiklərini qeyd edib.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
121
2
konkret.az

3Mənbələr