AZ

Dövlət qulluqçularının reyestri ilə bağlı dəyişiklik edilib

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na və həmin sistemlərin portala qoşulması üçün Texniki Tələblərə dəyişikliklər edilib, müvafiq əlavələrdə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri” ifadəsi “Dövlət qulluqçularının reyestri” ilə əvəz olunub, eləcə də bir sıra “Qeyd” hissələri ləğv edilib. Həmçinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nda dəyişikliklər aparılıb, sənəddə istifadə olunan terminologiya yeni reyestr anlayışına uyğunlaşdırılıb və qərara dəyişikliklərin edilməsi qaydası yenidən müəyyən edilib. Bundan əlavə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da texniki xarakterli dəyişiklik aparılaraq dövlət qulluqçularına dair məlumatların reyestrdə əks olunması ilə bağlı ifadələr dəqiqləşdirilib. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
azvision.az

2Mənbələr