AZ

Dövlət qulluqçularının reyestri ilə bağlı bir sıra normativ aktlara dəyişiklik edilib

Bakı, 18 dekabr, AZƏRTAC

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 17 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti bir sıra qərarlarda dəyişiklik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na və həmin sistemlərin portala qoşulması üçün Texniki Tələblərə dəyişikliklər edilib, müvafiq əlavələrdə “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri” ifadəsi “Dövlət qulluqçularının reyestri” ilə əvəz olunub, eləcə də bir sıra “Qeyd” hissələri ləğv edilib.

Həmçinin “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nda dəyişikliklər aparılıb, sənəddə istifadə olunan terminologiya yeni reyestr anlayışına uyğunlaşdırılıb və qərara dəyişikliklərin edilməsi qaydası yenidən müəyyən edilib.

Bundan əlavə, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da texniki xarakterli dəyişiklik aparılaraq dövlət qulluqçularına dair məlumatların reyestrdə əks olunması ilə bağlı ifadələr dəqiqləşdirilib.

Seçilən
113
1
azertag.az

2Mənbələr