ain.az bildirir, Ayna saytına əsaslanaraq.
Diana Təyibovanın qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb
Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Qusar Rayon Prokurorluğundan AYNA.AZ-a verilən məlumata görə, dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub.
Araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.