AZ

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 18 dekabr, AZƏRTAC

Qusar rayon sakini Diana Təyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qusar Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Asif Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
79
3
azertag.az

10Mənbələr