AZ

ABŞ, Fransa və Səudiyyə Ərəbistanı diplomatları Hizbullahın tərksilah olunmasını müzakirə edəcək

ain.az, Apa.az saytına istinadən bildirir.

Bu gün Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ-dan olan diplomatlar Livan ordusunun rəhbərliyi ilə müzakirələr aparacaqlar.

APA “Reuters“ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Hizbullahın silahsızlaşdırılması ilə bağlı yol xəritəsinin yekunlaşdırılması olacaq.

Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs elan olunub.

Livan hökuməti Hizbullahın 2025-ci ilin sonuna kimi silahsızlaşdırılması ilə bağlı öhdəlik götürüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
apa.az

3Mənbələr