Bu gün Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ-dan olan diplomatlar Livan ordusunun rəhbərliyi ilə müzakirələr aparacaqlar.
APA “Reuters”ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Hizbullahın silahsızlaşdırılması ilə bağlı yol xəritəsinin yekunlaşdırılması olacaq.
Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs elan olunub.
Livan hökuməti Hizbullahın 2025-ci ilin sonuna kimi silahsızlaşdırılması ilə bağlı öhdəlik götürüb.