AZ

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Aktual.az fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

"5.7-1. Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə”;”.

2. 8-1 nömrəli şəkil əlavə edilsin (əlavə olunub).

Seçilən
7
26
ulusum.az

10Mənbələr