Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə aşağıdakı dəyişikliklər edilib:
Aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:
“5.7-1. Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə”;”.
8-1 nömrəli şəkil əlavə edilsin (əlavə olunur).
