ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha iki oyun keçirilib.
Apasport.az xəbər verir ki, “Çikaqo Bulls” doğma meydanda “Klivlend Kavalyers”ə 127:111 hesabı ilə qalib gəlib.
“Memfis Qrizlis” isə səfərdə “Minnesota”nı 116:110 hesabı ilə üstələyib.
Bu nəticələrdən sonra “Minnesota” Qərb Konfransının turnir cədvəlində altıncı, “Memfis Qrizlis” doqquzuncu sıradadır.
Şərq Konfransında isə “Klivlend Kavalyers” doqquzuncu, “Çikaqo Bulls” onuncu pillədə yer alıb.
"Neftçi" "Şəki" ilə üz-üzə
"Sabah" Çempionlar Liqasında son matçını keçirəcək
ABL: X turun proqramı açıqlanıb
ABL: IX tura yekun vurulub
ABL: Bu gün IX tura yekun vurulacaq