AZ

NBA-da daha iki oyun keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha iki oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çikaqo Bulls” doğma meydanda “Klivlend Kavalyers”ə 127:111 hesabı ilə qalib gəlib.

“Memfis Qrizlis” isə səfərdə “Minnesota”nı 116:110 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra “Minnesota” Qərb Konfransının turnir cədvəlində altıncı, “Memfis Qrizlis” doqquzuncu sıradadır.

Şərq Konfransında isə “Klivlend Kavalyers” doqquzuncu, “Çikaqo Bulls” onuncu pillədə yer alıb.

Seçilən
64
1
azertag.az

4Mənbələr