AZ

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi - FOTOLAR

Dekabrın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov cari ildə Kənarmeşə kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. 

Taleh Qaraşov ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər  barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara məlumat verilib.

ŞİH başçısı vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarını məlumatlandırmaq məqsədilə yerlərdə səyyar görüşlərin keçirildiyini qeyd edib. Taleh Qaraşov dövlət və vətəndaş arasındakı münasibətlərin, qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılması prosesində şəffaflığın və nəzarətin gücləndirilməsi sahəsində dövrün tələbi kimi elektron xidmətlərin əlçatanlığının təmin edilməsinin yüksələn xəttlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, hazırda sakinlərimiz evindən çıxmadan Lənkəran ŞİH-nin rəsmi saytında “Elektron Xidmətlər” bölməsinə daxil olmaqla bütün dövlət qurumlarına, o cümlədən yerli icra hakimiyyətinə də müraciətlərini asanlıqla və rahatlıqla edə bilir.

Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri səmimi qəbula, qaldırdıqları problemlərin yerində həllinə yönəlik çevik addımların atılmasına və vətəndaş müraciətlərinə münasibətdə obyektiv yanaşmanın ortaya qoyulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 

 

Seçilən
12
1
unikal.az

10Mənbələr