Ukraynalı oliqarx İqor Kolomoyski Ukrayna pPrezidenti Volodimir Zelenskinin seçkilərdə iştirak etməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb.
Məhkəmədə danışan oliqarxın fikrincə, bunun əsas əlaməti prezident aparatına yeni rəhbərin təyin olmamasıdır. Kolomoyski hesab edir ki, bu, "Zelenskinin Yermakdan sonra getmək qərarına gəldiyini" göstərir.
Onun sözlərinə görə, prezidentin belə bir qərar vermə ehtimalı 90%-dir.
Xatırlada ki, noyabrın 28-də Zelenski baş vermiş korrupsiya qalmaqalı ilə əlaqədar öz ofisinin rəhbəri vəzifəsindən Andrey Yermakın istefasını qəbul edib.