
“Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə istefasını elan edə və ya vəzifəsindən uzaqlaşdırıla bilər”.
Missiya.Az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov özünün “Teleqram” kanalında yazıb.
Onun sözlərinə görə, Zelenskinin siyasi karyerası hazırda onun yaxın ətrafı ilə bağlı korrupsiya qalmaqalı səbəbindən iflasa uğramaq ərəfəsindədir.
"Aydındır ki, Zelenski və onun ofisinin keçmiş rəhbəri Andrey Yermak birlikdə hərəkət ediblər. Zelenskinin bundan xəbəri olmadan Yermakın korrupsiyaya uğraması mahiyyət etibarilə mümkün deyil. Zelenski tezliklə istefasını elan edəcək, yoxsa o, vəzifədən kənarlaşdırılacaq", - deyə Cabarov bildirib.
Daşqın HəsənovMissiya.Az