Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu) olan uşaqlarda nitq və ünsiyyət problemləri geniş yayılmışdır".
Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu uşaqlar danışarkən fikirlərini ardıcıl ifadə etməkdə çətinlik çəkir.
"Bu uşaqlar cümlələri yarımçıq saxlayır. Tez-tez mövzu dəyişir və qarşı tərəfi dinləməkdə çətinlik yaşayırlar. Söz ehtiyatı kifayət qədər olsa belə, diqqətin tez yayınması səbəbindən nitq səliqəsiz və anlaşılmaz ola bilər", - deyə mütəxəssis bildirib.
Fatimə Məmmədova deyir ki, hiperaktivlik və impulsivlik uşağın danışıq tempinə təsir edir:
"Nitqdə tələskənlik, söz udma və səslərin təhrif olunması müşahidə edilir. DEHB-li uşaqlarda loqopedik dəstək nitqin strukturlaşdırılması, dinləmə bacarığının inkişafı və ünsiyyətin gücləndirilməsi baxımından çox önəmlidir. Erkən müdaxilə uşağın həm nitq, həm də sosial bacarıqlarının daha sağlam inkişafına kömək edir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.