ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
DÇ-2026-nın qalibi tarixə rekord mükafatla düşəcək.
QOL.az xəbər verir ki, FİFA ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının qalibi olacaq milliyə 50 milyon dollar mükafat müəyyənləşdirib. Bu isə mundiallar tarixində çempiona veriləcək ən yüksək məbləğdir.
Məlumata görə, ümumilikdə 655 milyon dollar mükafat fondu təyin olunub. Qrup mərhələsində mübarizəni dayandıran komandaların 9 milyon dollar, finala yüksələn yığmaların isə nəticədən asılı olaraq 33 milyon dollara qədər gəlir qazanması nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan Argentina millisi 42 milyon dollar mükafat almışdı. Fransa yığması isə Rusiyada təşkil olunan 2018-ci il mundialında çempionluğa görə 38 milyon dollar qazanmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.